Ermənistan KTMT hərbi təlimlərinin keçirilməsinə etiraz edir - Paşinyan

12:35 | 10.01.2023
Rəsmi Yerevan  2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda hərbi  təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşanyan bu gün keçirdiyi mətbuat konfrannsında  bildirib.  Bu barədə İnterfax agentliyi məlumat verir. 
 
"Biz bəyan edirik ki,  2023-cü ildə KTMT-nin Ermənistanda  təlimlərinin keçiriməsi məqsədəuyğun hesab etmirik", - Paşinyan deyib.
 
O həmçinin bildirib ki, Rusiya Federasiyasının Sülhməramlı Kontingenti Laçın dəhlizinin fəaliyyətini təmin etməlidir.
 
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə bu günkeçirdiyi mətbuat konfransında bildirib ki, KTMT Ermənistanın mövqeyinin detallarına aydınlıq gətirəcək.

"KTMT 2023-cü ildə təşkilatın təlimlərini keçirməyə hazırlaşmayan Ermənistanın mövqeyinə aydınlıq gətirəcək. Rəsmi Moskva İrəvanla bütün, o cümlədən indi həlli çox çətin görünən məsələlər üzrə dialoqu davam etdirəcək", - Peskov deyib.
 
Rusiya Müdafiə Nazirliyi az əvvəl  bildirmişdi ki, Rusiya hərbçiləri 2023-cü ildə Ermənistanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz qardaşlıq” adlanan hərbi təlimlərində iştirak edəcək. Bu planlar Ermənistanda KTMT-dən narazılıq fonunda açıqlanıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

Rusiya Müdafiə Nazirliyinin planları Ermənistanda KTMT-nin tənqidi fonunda açıqlanıb. Belə ki, 2022-ci il noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib, ondan sonra Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və "Azərbaycan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” sənədləri imzalamaqdan imtina edib. O, bəyan edib ki, KTMT Ermənistan-Azərbaycan sərhədində eskalasiyaya aydın qiymət verməyib və bu, təşkilatın müttəfiqlik öhdəliklərindən imtina etməsi anlamına gələ bilər.

2022-ci il noyabrın 27-də KTMT Ermənistana dəstək tədbirləri təklif edib, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Ermənistan-Azərbaycan sərhədinə missiya göndərib. 
 
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub.  Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb