Ermənistan Müdafiə Nazirliyi: “Sərhəddə müharibə gedir...”

14:43 | 06.02.2015
Ermənistan Müdafiə Nazirliyi: “Sərhəddə müharibə gedir...”

Ermənistan Müdafiə Nazirliyi: “Sərhəddə müharibə gedir...”

"Sərhəddə yavaş müharibə gedir.Bu müharibədə uduzmaq təkcə  insan itkiləri ilə deyil, həm də mövqelərin itirilməsi ilə nəticələnə bilər”.

Bu sözləri Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, sərhəddə situasiya yanvarın əvvəllərindən gərgin olaraq qalır, əgər erməni tərəfi düşmənin həmlələrini dəf etməsə itkilər verəcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan qoşunlarının bütün təmas xətti boyu atışmalar səngimir. Bu zaman hər iki tərəfdən itkilər var. Ermənistan Müdafiə Nazirliyi fevralın 5-də təmas xəttinin Ağdam-Xocavənd istiqamətində azı bir hərbçisini itirdiyini təsdiqləyib, həmin gün axşam Azərbaycanla sərhəd Tavuş vilayətinin Verin Karmiraxpur kəndində mülki şəxsin həlak olduğunu açıqlayıb. Azərbaycan tərəfdən isə Tovuz rayonunun Əlibəyli kəndi düşmənin intensiv atəşi altındadır. Bu kənddə bir qadın yaralanıb, evlərə ziyan dəyib. Azərbaycan ordusu düşmənin bu təxribatlarını cavabsız qoymayıb.

Atışmalarda hər iki tərəfdən ağır silahların-minomyotların və iriçaplı pulemyotların, qumbaratanların, hətta topların tətbiqi intensiv xarakter alıb.

Virtualaz.org
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM