Ermənistan müharibədən qorxur -AÇIQLAMA

17:20 | 13.11.2014
Ermənistan müharibədən qorxur -AÇIQLAMA

Ermənistan müharibədən qorxur -AÇIQLAMA

Ruben Qrdzelyan: “Helikopterə görə cavab zərbəsi olmayacaq”

İrəvan Qarabağda vurulmuş helikopterinə görə cavab zərbəsi endirməyəcək. 

ANS PRESS-in məlumatına görə, bu barədə tanınmış erməni jurnalist, “REGNUM” agentliyinin İrəvan bürosunun redaktoru Ruben Qrdzelyan bu gün yazdığı məqaləsində bildirib. 

“Dağlıq Qarabağda son 20 il ərzində bərqərar olmuş atəşkəs dövründə baş vermiş çoxsaylı insidentlərin nəticəsinə görə qeyd etmək olar ki, Ermənistan tərəfi heç zaman kəskin və cəld əməliyyatlar apara bilməyib. Həm də Azərbaycan tərəfinin müdaxiləsinə heç vaxt proporsional cavab olmayıb”,- deyə jurnalist vurğulayıb.

O, Ermənistan Müdafiə Nazirliyinin məsələ ilə bağlı kəskin açıqlama verməsini də şərh edib və bunun yalnız daxili siyasətə ünvanlandığına işarə vurub: “Ancaq erməni tərəfindən güc reaksiyasını gözləməyə dəyməz. Rəsmi İrəvanın ilk reaksiyası da bunu göstərir. Hadisədən 10 saat sonra Xarici İşlər Nazirliyi yığcam bir bəyanat verdi. Belə görünür ki, baş verənləri İrəvan döyüş meydanında deyil, tamamilə başqa müstəvidə istifadə edəcək”, - deyə Ruben Qrdzelyan vurğulayıb. 

Qeyd edək ki, hadisədən dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanisyan isə qoşunların təmas xəttində helikopterinin vurulmasının Azərbaycan üçün ağrısız ötüşməyəcəyini demişdi. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti