Ermənistan millisinin oyunçusu “Fənərbaxça”da oynaya bilər

20:16 | 31.12.2013
Ermənistan millisinin oyunçusu “Fənərbaxça”da oynaya bilər

Ermənistan millisinin oyunçusu “Fənərbaxça”da oynaya bilər

Ermənistan milli komandasının yarımmüdafiəçisi Aras Özbilis karyerasını Türkiyədə davam etdirə bilər. Qol.Az-ın “Eurosport”un saytına istinadən yaydığı xəbərə görə, Moskva “Spartak”ının futbolçusu “Fənərbaxça”nın maraq dairəsinə düşüb.Bununla belə, Özbilisin qış transfer pəncərəsində İstanbul klubuna keçməyəcəyi dəqiqdir. Bildirilir ki, “Fənərbaxça” nümayəndələri 2014-cü ilin yayına qədər Arasın oyununu izləyəcək. Əgər o vaxta qədər futbolçu ciddi zədə ilə üzləşməsə, o zaman gələn ilin ortalarında bu keçidin baş tutması mümkündür.Qeyd edək ki, hazırda transfer bazarında 23 yaşlı A.Özbilisə 6,5 milyon avro qiymət qoyulub.Xatırladaq ki, A.Özbilis İstanbulda doğulub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti