Ermənistan müxalifəti Sərkisyanın impiçment olunmasını istəyir

17:57 | 15.09.2015
Ermənistan müxalifəti Sərkisyanın impiçment olunmasını istəyir

Ermənistan müxalifəti Sərkisyanın impiçment olunmasını istəyir

Ermənistanın "İrs” partiyasının üzvü, deputat Zarui Postancyan ölkədə konstitusiya dəyişklikləri yerinə prezident Serj Sərkisyanın impiçment olunmasının müzakirəsini təklif edir. Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Postancyan çıxış zamanı kontitusiya dəyişikliklərinin indiki hakimiyyətin ömrünü uzatmağa hesablandığını bəyan edib:

"Ona görə biz Serj Sərkisyan hakimiyyətinin ömrünü uzatmaq yerinə, ona impiçment elan olunmasını müzakirə etməliyik. Konstitusiya islahatları barədə ideya ona məxsusdur, amma o, parlamentə gəlməyi özünə sığışdırmadı, yerinə vəkilləri göndərdi”.

Ermənistan parlamentinin iclası hələ də davam edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM