Ermənistan NATO-ya girir?

15:11 | 30.10.2014
Ermənistan NATO-ya girir?

Ermənistan NATO-ya girir?

Erməni məmurlar tam başlarını itiriblər və əhaliyə parodaksal bir məlumat açıqlayıblar: Ermənistan Avrasiya İttifaqına girdikdən sonra iqtisadi itkilərə məruz qalacaq. ANS PRESS-in məlumatına görə, Ermənistanın İqtisadiyyat Nazirliyi də bu günlərdə şok açıqlama verib və etiraf edib ki, Avrasiya İttifaqına girən zaman heç bir iqtisadi hesablama aparılmayıb. Ermənistan maliyyə nazirinin müavini Pavel Safaryan isə parlamentdə çıxışı zamanı bildirib ki, hesablama aparılıb, amma bu iqtisadi baxımdan yox, siyasi baxımdan gerçəkləşdirilib. Bu məsələ erməni şərhçilərini əməlli-başlı heyrətləndirib. Tanınmış şərhçi Naira Ayrumayan məsələyə həsr etdiyi son məqaləsində bildirib ki, bu bəyanatları verən Ermənistan rəhbərliyi istənilən gün NATO-ya girmək barədə düşünə bilər. “Erməni məmurlar inad göstərərək Avrasiya İttifaqının naminə yalan danışmaq istəmirlər və sanki bilərəkdən bütün mümkün risklari üzə çıxarırlar. Rəsmi olaraq, guya Avrasiya İttifaqına girməyi dəstəkləyirlər. Amma bir dənə də erməni məmuru, hətta ən bivec məmur belə, ölkənin bu birliyə girməsi üçün əlini ağdan qaraya vurmur”,- deyə Naira Ayrumyan vurğulayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM