Ermənistan parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti iyunun 27-də Bakıya gələcək.Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, erməni deputatlar ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək 23-cü yay sessiyasında iştirak edəcəklər. Nümayəndə heyəti Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan, deputatlar Stepan Dəmirçyan, Stepan Marqaryan və Levon Doxolyandan ibarətdir. Qeyd edək ki, ATƏT PA-nın Bakı sessiyası iyunun 28-dən iyulun 2-nə qədər keçiriləcək. İyunun 28-29-da komitə iclasları olacaq, iyulun 1-də isə assambleyanın yay sessiyasının plenar iclası başlayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !