• $ 1.7
  • € 1.9725
  • ₽ 0.021027
  • ₺ 0.0402
  • £ 2.2358

Ermənistan növbəti müharibədə uduzacaq - ERMƏNİ POLİTOLOQU

Ermənistan növbəti müharibədə uduzacaq - ERMƏNİ POLİTOLOQU
05.06.2014 11:36
"Müharibənin olacağına heç bir şübhə yoxdur", - erməni politoloqu İqor Muradyan belə hesab edir. O, öz fikrini bununla əsaslandırır ki, Ermənistan ABŞ-ın və NATO-un dəstəyindən məhrum olub, bunun əvəzindəsə Rusiyanın qismində şübhəli və qarşısı alınmaz partnyor əldə edib."Ermənistan beynəlxalq təcridlə üzləşib, Azərbaycan və Türkiyə üçün bu, mümkün müharibə halında əhəmiyyətli faktdır. Bu müharibədə Rusiya qalib gəlmiş tərəflərdən biri olmağa çalışacaq, faktiki olaraq, Azərbaycan və ya Türkiyə qalib olacaq. Nə qədər ki, Ermənistan Rusiyadan asılıdır, o, artıq heç vaxt heç bir müharibədə qalib gələ bilməyəcək. Ermənistan Azərbaycan ordusunun məhv edilməsinə yalnız cəhd edə bilər", – politoloq "Ermənistan Rusiyadan asılı olduğu müddətdə heç bir müharibədə qalib gələ bilməz" başlıqlı məqalədə belə deyir.Qarabağ məsələsində erməni hakimiyyətinin mövqeyinin nədən ibarət olmasına münasibət bildirən İqor Muradyan vurğuladı ki, Ermənistan ölkənin məhv edilməsini və milli böhranı bildirən Madrid prinsiplərini qəbul etdikdən sonra hakimiyyətin etməli olduğu yalnız bir şey qalır: ümid etmək ki, Azərbaycanın həminki prinsiplər əsasında danışıqların şərtlərini qəbul etməməsinə ümid etmək."Əgər Azərbaycan bu şərtləri qəbul etsə, onda Ermənistan bundan imtina edə bilməyəcək və hadisələr çox sürətlə inkişaf edəcək.Ermənistan öz məşhur prinsipləri ilə məşhur olan kiçik kalibrli oliqarxların tutduqları ölkəyə çevrildi və bu, qəzaya qədər sonuncu mərhələdir", – Muradyan dedi.Qarabağ münaqişəsinə Rusiyanın münasibətinə toxunaraq o, dedi:-  Rusiya tərəfinə Qarabağ məsələsi həll edilmiş görünür. Onlar heç vaxt Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımaqlarına eyham etməyəcəklər. Hətta bunu gözləmək gülüncdür. Rusiyanın hədəfi iki başqa respublika kimi yox, vassal ərazi qismində Ermənistanın Avrasiya İttifaqına qeyri-bərabər şərtlərlə üzvlüyünə nail olmaqdır, - Galatv.am saytına müsahibəsində erməni eksperti əlavə etdi.Kamal ƏliANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Azərbaycan Prezidenti Oman və Latviya liderlərini təbrik edib
Siyasət 11:09
Azərbaycan Prezidenti Oman və Latviya liderlərini təbrik edib
Türkiyə MN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Siyasət 14:32
Türkiyə MN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
ABŞ dövlət katibinin müavini bu həftə Azərbaycana səfər edəcək
Siyasət 12:21
ABŞ dövlət katibinin müavini bu həftə Azərbaycana səfər edəcək
Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:07
Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb
ABŞ Maduronun sürgün ediləcəyi ölkələri müzakirə edir — variantlar arasında Azərbaycan da var
Siyasət 07:13
ABŞ Maduronun sürgün ediləcəyi ölkələri müzakirə edir — variantlar arasında Azərbaycan da var
Prezident İlham Əliyev Özbəkistan səfərindən paylaşım edib -Video
Siyasət 21:44
Prezident İlham Əliyev Özbəkistan səfərindən paylaşım edib -Video
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Siyasət 20:09
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
Siyasət 12:41
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol