Ermənistan ordusu irimiqyaslı təlim keçirir

12:40 | 11.11.2014
Ermənistan ordusu irimiqyaslı təlim keçirir

Ermənistan ordusu irimiqyaslı təlim keçirir

Ermənistanda və eyni vaxtda Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçı qüvvələrinin keçirdiyi irimiqyaslı hərbi manevrlərə çıxarılmış qüvvələr barədə bəzi məlumatlar yayılıb.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, erməni hərbi ekspert Leonid Nersisyan “Regnum” agentliyi üçün yazdığı icmalda göstərib ki, “Birlik 2014” adı altında keçirilən təlimlərə Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələrinin şəxsi heyətinin 70-80 faizi çıxarılıb. Bu, 47 min hərbçi deməkdir. Belə ki, Ermənistan ordusunun və onun Qarabağdakı işğalçı qüvvələrinin şəxsi heyəti birlikdə 60-70 min nəfər təşkil edir.Təlimlərdə 2 mindən çox artelleriya qurğusu, o cümlədən yüngül minomyotlar, 850 zirehli texnika, 5 minə yaxın avtomobil və xüsusi texnika, 450 müxtəlif tipli zenit-raket kompleksi, 1500-ə yaxın tank əleyhinə vasitə çıxarılıb. Nersesyana görə Ermənistan heç vaxt ordunun demək olar ki, hamısını poliqonlara eyni vaxtda çıxarmamışdı.Dağlıq Qarabağdakı işğalçı qüvvələrin komandanlığının bildirdiyinə görə hazırda Azərbaycanın işğal altındakı ərazilərində 1550  vahid artelleriya texnikası, 600 vahid zirehli texnika, 300 vahid hava hücumundan müdafiə sistemi, 1300 vahid tank əleyhinə sistem mövcuddur. Təlimlərə habelə Ermənistanın Rusiyadan aldığı 8 “Toçka U” raket kompleksi və sovet dövründən qalma “Skad-B” kompleksləri də qatılıb.

Belə görünür ki, Ermənistanın bütün hərbi arsenalını poliqonlara çıxarması Azərbaycanın son vaxtlar bir-birinin ardınca keçirdiyi irimiqyaslı hərbi manevrlərlə əlaqəlidir. Sonuncu dəfə Türkiyə silahlı qüvvələrinin də iştirakı ilə keçirilən bu manevrlərə minlərlə zirehli texnika, hərbi aviasiyasiya, o cümlədən Azərbaycanın son illər aldığı və böyük dağıdıcı gücə malik olan silah sistemləri qatılmışdı.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM