Hər dəfə Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müəyyən konsensusun əldə edilməsi gündəmə gələndə Ermənistan tərəfi müxtəlif hadisələr törətməklə ölkə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Bu dəfə də belə oldu.
İstiPress-in məlumatına görə, işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi fonunda Ermənistan ordusunda növbəti bədbəxt hadisənin baş verməsi buna bir daha sübutdur. Nəticə isə məlumdur: Ermənistanın hərbi-siyasi rəhbərliyi ordudakı neqativ halların baş verməsində bilavasitə maraqlıdır.
Son zamanlar Ermənistan ordusunda neqativ halların durmadan artması sirr deyil və bu barədə məlumatlar erməni sosial mediasında əsas müzakirə edilən mövzulardandır. Diqqəti cəlb edən məqamlardan biri isə erməni sosial şəbəkə istifadəçilərinin Ermənistan silahlı qüvvələrində baş verən bir çox hadisələrin ölkə rəhbərliyi və yuxarı komandanlığın tapşırıqlarına əsasən hərbi hissə komandirləri tərəfindən təşkil olunduğu barədə məlumatlar yaymasıdır. Təbii ki, bu məsələlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin marağının olması və bundan şəxsi və siyasi məqsədlər üçün istifadə olunması iyrəncdir və heç şübhəsiz ki, bu xislət Ermənistandan başqa dünyanın heç bir ölkəsinə xas deyil.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !