Ermənistan müdafiə nazirliyinin hərbi hissələrinin birində baş verən ölüm hadisəsinin materialları məhkəməyə göndərilib.
Anews.az azvision.az-a istinadən xəbər verir ki, ittihama görə ön xətt mövqelərində xidmət edən müddətli hərbi qulluqçu Mher Melikyan davamlı olaraq digər erməni əsgər Qevorq Asoyanın şərəf və ləyaqətini alçaldıb.
Belə ki, atəş mövqeyində yatan Qevorq Asoyana qarşı təhqiramiz hərəkətlər edən Melikyan sonuncu dəfə ondan bacısının mobil telefon nömrəsini verməyi tələb edib. Ancaq zərərçəkən əsgər Qevorq Asoyan başqa nömrə verib. Buna görə də Melikyan ona qarşı alçaldıcı hərəkətlərini davam etdirib, cinsi istismara məruz qoyub.
Bundan sonra əsgər Asoyan ona təhkim edilmiş pulemyot silahı ilə ağız nahiyəsindən atəş açmaqla intihar edib.
Araşdırma zamanı məlum olub ki, hadisədən bir gün əvvəl başqa bir əsgərdə onu döyüb. Ölüm hadisəsi 1 aprel 2016-cı il saat 09:00 radələrində döyüş mövqeyində baş verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !