Ermənistan ordusunda intihar halları artıb

14:15 | 10.10.2017
Ermənistan ordusunda intihar halları artıb

Ermənistan ordusunda intihar halları artıb

Havaların soyuması ilə pis olan vəziyyət daha da ağırlaşıb

Ermənistan Silahlı Qüvvələrində hökm sürən acınacaqlı vəziyyət havaların soyuması ilə aha da dözülməz həddə çatıb. 

"Report"un məlumatına görə, istilikdən məhrum olan, soyuq hava şəraitində xidmətin çətinliklərinə dözə bilməyən işğalçı ordunun əsgərləri özlərinə qəsd etməyə üstünlük verirlər.

Belə ki, bir neçə gün əvvəl yeddinci dağatıcı alayın hərbi qulluqçusu Aron Harutunyan xidməti vəzifəsini yerinə yetirməkdən imtina etdiyinə görə barəsində cinayət işi açılıb. Bundan əlavə, beşinci dağatıcı alayda müqavilə əsasında xidmət göstərən Qurqen Qalustyan isə hərbi hissəni özbaşına tərk etdiyinə görə axtarışa verilib. Hərbi polisin təzyiqlərinə məruz qalan hərbçinin valideynləri övladlarının taleyindən xəbərsiz olduqlarını bildiriblər. Eyni zamanda altıncı dağatıcı alayın hərbi qulluqçusu postda və blindajdakı soyuq şəraitdən bezərək xidmətdən yayınmaq üçün özünə qəsd edib. O, hazırda yarası ağır olmadığına görə alayın tibb məntəqəsində saxlanılır. Məsələni böyütməmək üçün susmağa razılaşan əsgər barəsində cinayət işi açılmayıb.

Beləliklə, hərbi hissələrdə mövcud olan özbaşınalıq, yerlibazlıq, "dedovşina” ilə bərabər artıq işğalçı ordunun şəxsi heyəti soyuqla da təkbaşına mübarizə aparmaq məcburiyyətində qalıb. Soyuqların düşməsi ilə pis olan vəziyyət daha da ağırlaşıb. Övladları ilə əlaqə yaratmağa nail olan ermənistanlı analar bildiriblər ki, soyuqların düşməsi və yağışların yağması ilə səngərlər su ilə dolub. Dağlıq ərazilərdə və hündürlüklərdə yerləşən postlar daha da bərbad vəziyyətdədir. Texnika nasaz vəziyyətdə olduğundan təminat gecikdirilir, gecə qaranlıqda növbə çəkənlərin gözlərinə daim düşmən, basqın görünür, qorxudan tez-tez həyəcan siqnalı verirlər. Valideynlər əsgərlərin əllərinin altında olan vasitələrdən sadə üsulla soba qurmağa çalışsalar da yanacağın çatışmadığını hiddətlə bildirirlər. Hətta əsgərlərdən biri valideynlərinə yazıb ki, artıq Ağdərədə əsgər yoldaşları tərəfindən döyülərək hospitala yerləşdirilən Arsen Aloyanın tibb müəssisəsində isti yerdə yatmasına digər hərbçilər həsədlə baxırlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM