Ermənistan ordusunun hazırkı durumu: Əsgərlərə ərzaq çatmır

11:15 | 30.08.2017
Ermənistan ordusunun hazırkı durumu: Əsgərlərə ərzaq çatmır

Ermənistan ordusunun hazırkı durumu: Əsgərlərə ərzaq çatmır

Ermənistanın "Demokratiya bu gün” ictimai təşkilatı ordudan tərxis edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında "Ermənistanda ordunun sağlamlıq hüququnun əsas məqamları” nəşri hazırlanıb.

anews.az Azərtac-a istinadən xəbər verir ki, ordudan tərxis olunan gənclərin fikrinə görə, bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və digər sahələrdə çoxlu problemlər mövcuddur.

Sorğuda iştirak edənlər hərbi hissələrdə psixoloqların olmasının vacibliyini bildiriblər.

Bunu nəşrin müəlliflərindən olan Anna İşxanyan jurnalistlərlə söhbəti zamanı bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM