Ermənistan parlamentində bomba həyəcanı

10:22 | 02.09.2017
Ermənistan parlamentində bomba həyəcanı

Ermənistan parlamentində bomba həyəcanı

Ermənistanda naməlum şəxs parlamentə bomba qoyulduğunu bildirib.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Sentyabrın 2-də, saat 06.56-da parlamentin binasına bomba qoyulduğu barədə zəng daxil olub”,-deyə məlumatda qeyd edilir.

Hadisə yerinə təcili yardım, xilasedicilər və xüsusi hərbi birləşmə göndərilib.

Qeyd edək ki, daha əvvəl isə Nəqliyyat Nazirliyinin binasına bomba qoyulması ilə bağlı polisə zəng daxil olub. Ancaq məlumat öz təsdiqini tapmayıb.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM