Ermənistan prezidenti Fransaya getdi

14:56 | 16.09.2021
Ermənistan prezidenti Fransaya getdi

Ermənistan prezidenti Fransaya getdi

Ermənistan prezidenti Armen Sarkisyan beynəlxalq sammitdə iştirak etmək üçün Fransaya gedib.

Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus səbəbiylə bir ildən çox fasilədən sonra dünyanın hər yerindən məşhur siyasi, iqtisadi, elm, mədəniyyət və iş adamları Fransanın Şamoni şəhərində bir araya gələcək.

Armen Sarkisyan, əsas məruzəçi olaraq, sammitin üç fərqli müzakirəsində iştirak edəcək.

Sammitdə əsas müzakirə mövzuları makroiqtisadiyyat, geosiyasət, ətraf mühit, texnologiyalar, investisiyalar olacaq.

Sammit çərçivəsində Armen Sarkisyan investisiya imkanlarını müzakirə etmək üçün İsveçrə şirkətləri daxil olmaqla bir sıra iri kompaniyaların rəhbərləri ilə Ermənistandakı iş mühiti ilə bağlı görüşlər keçirəcək. Bu görüşlər Ermənistanın potensialını təqdim etmək, yeni əməkdaşlıq sahələrini inkişaf etdirmək və işgüzar əlaqələr qurmaq üçün unikal bir fürsət hesab olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb