Ermənistan Qarabağa yollamaq üçün könüllülər yığır

10:44 | 04.08.2014
Ermənistan Qarabağa yollamaq üçün könüllülər yığır

Ermənistan Qarabağa yollamaq üçün könüllülər yığır

Ermənistanda işğal altında olan Dağlıq Qarabağa yollamaq üçün könüllülər yığılır.Oxu.Az xəbər verir ki, bu barədə “Qazeta.ru”-nun Ermənistanda olan müxbiri bildirib.Qeyd edilir ki, hal-hazırda artıq Berdzor şəhərinin sakinlərindən 100 könüllü yığılıb.Onlayn-nəşr müxbirinin sözlərinə görə, könüllülər “növbə çəkməyə və lazım gələrsə hərbi əməliyyatlarda iştirak etməyə hazırdırlar”.Xatırladaq ki, son günlərdə münaqişə ərazisində erməni təxribatı nəticəsində vəziyyət kəskinləşib. Erməni SQ tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan əsgərləri həlak olub.Münaqişə ilə bağlı narahatlıqlarını ATƏT-in Minsk qrupu ilə yanaşı, eləcə də digər beynəlxalq strukturlar da bildiriblər.Avqustun 2-si Ermənistan baş naziri bəyan edib ki, 8 və ya 9 avqust Soçidə Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü baş tutacaq.Onun sözlərinə görə, dövlət başçıları arasında münaqişənin tənzimlənməsi məsələləri müzakirə ediləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti