Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı minlərlə ermənini ayağa qaldırıb.
Onlar "Ədalətli məhkəmə adına!” şüarı ilə çıxışlar edir və məhkəmə əməkdaşlarının binalara daxil olmasını əngəlləyirlər. Bundan başqa, bəzi məhkəmə binalarının pəncərələri sındırılıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb. O, ədliyyə sahəsində də inqilab edəcəklərini deyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !