Ermənistan Rusiyadan aldığı yeni texnikanı Azərbaycanla sərhədə göndərəcək

17:33 | 02.07.2015
Ermənistan Rusiyadan aldığı yeni texnikanı Azərbaycanla sərhədə göndərəcək

Ermənistan Rusiyadan aldığı yeni texnikanı Azərbaycanla sərhədə göndərəcək

Erməni tərəfinə dövlət ixrac kreditinin verilməsi haqqında Ermənistan-Rusiya hökumətlərarası sazişi çərçivəsində alınmış hərbi texnika erməni-Azərbaycan sərhədlərində silahlanmanı yaxşılaşdırmağa imkan verəcək.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində iyulun 2-də erməni müdafiə nazirinin müavini Ara Nazaryan "Daşnaksütyun” parlament fraksiyasının deputatı Artsvik Minasyanın alınan hərbi texnikanın erməni-Azərbaycan sərhədində müdafiəni gücləndirməyə imkan verib-verməyəcəyi barədə sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, Rusiya Ermənistana öz istehsalı olan hərbi məhsulların tədarükünün maliyyələşdirilməsi üçün 200 mln. dollar məbləğində dövlət ixrac krediti ayırıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM