Ermənistan Rusiyaya nota göndərib

20:36 | 28.02.2024
Ermənistan Rusiyaya nota göndərib

Ermənistan Rusiyaya nota göndərib

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.Bu barədə "Sputnik Armenia”ya Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan açıqlamalarına istinadən məlumat yayıb.

Ayrapetyan bildirib ki, ölkənin Xarici İşlər Nazirliyi Rusiya kanallarının respublika ərazisində yayımını tənzimləyən qanunvericiliyin pozulması ilə əlaqədar rusiyalı həmkarlarına etiraz notası göndərib.

Ayrapetyanın sözlərinə görə, iki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb.Son vaxtlar Rusiya efirlərində Ermənistan rəhbərliyinə qarşı təhqiramiz ifadələr tez-tez eşidilir.Kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında Rusiya ilə dövlətlərarası sazişin təkmilləşdirilməsinə və ya redaktə edilməsinə ehtiyac var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM