Ermənistan səfirliyindən anlaşılmaz açıqlama

09:45 | 20.08.2014
Ermənistan səfirliyindən anlaşılmaz açıqlama

Ermənistan səfirliyindən anlaşılmaz açıqlama

"Mirzoyan Türkiyə gerbini yox, lövhəni nişan almışdı"Avqustun 18-də erməni əsilli rusiya vətəndaşı Artur Mirzoyanın Türkiyə səfirliyinə tərəf odlu silahdan atəş açmasına Ermənistan səfirliyi özünəməxsus açıqlama verib.ANS PRESS-in məlumatına görə, rəsmi qurum olaraq bu cür cinayət xarakterli hərəkətləri pisləmək əvəzinə, ermənilərin 42 yaşlı həmyerlilərinin səfirlikdə məhz haraya nişan almasını müzakirə ediblər.Ermənistanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən verilən rəsmi açıqlamada bildirilir ki, Mirzoyan səfirlikdə bayraq və gerbi nişan almayıb. Onun “Türkiyə səfirliyi” yazılan lövhəyə nişan aldığını və istəyinə nail olduğu deyilir.Xatırladaq ki, Rusiya KİV-in verdiyi məlumata əsasən, avqustun 18-də “Dobrıy les” MMC-nin icraçı direktoru 43 yaşlı Artur Mirzoyan ov tüfəngini götürərək Türkiyə Respublikasının Rusiyada olan səfirliyi önündəki Türkiyə gerbinə atəş açıb və qaçıb. Kameralar vasitəsilə yeri müəyyənləşdirilən Mirzoyan tutularaq, Xamovniki bölgəsinin DİN əməkdaşlarına təhvil verilib.Ermənistan səfirliyinin məlumatında qeyd edilir ki, “hazırda Mirzoyan polis bölməsindədir və onu iki günlüyünə saxlayıblar. Hüquq mühafizə orqanları Mirzoyanın nə üçün bunu etməsini müəyyən etməyə çalışsalar da, o hələ də səbəb barədə heç nə demir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM