• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan sülh müqaviləsi ilə bağlı cavab təkliflərini hazırlayır

Ermənistan sülh müqaviləsi ilə bağlı cavab təkliflərini hazırlayır
25.07.2024 17:30
Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri işlənmə mərhələsindədir. Bunu Ermənistanın xarici işlər nazirinin sözçüsü Ani Badalyan jurnalistlərə açıqlamasında deyib. 
 
"Ermənistan artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq sazişi mümkün qədər tez imzalamağa hazırdır”, -  Badalyan bildirib.
 
Bir gün əvvəl Rusiya XİN sözçüsü Maria Zaxarova bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında danışlar aparmaq üçün platforma təqdim etməyə hazırdır.
 
Bundan əvvəl əvvəl Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyişləri davam etdirirlər.
 
Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyada keçirilən Avropa Siyasi İcmasının görüşü çərçivəsində Azərbaycan lideri ilə görüşməkdən imtina edib. 
 
Prezidentin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir. 
 
Azərbaycan Prezidenti "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda sülh danışığı ilə bağlı Azərbaycanla danışığa getməsindən imtinası onu təəccüblənidirib. 
 
"Paşinyan deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”,- Əliyev bildirib.
 
Bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində açıq sualların sayı xeyli məhdudlaşıb.

İyunun 20-də Ermənistan Azərbaycanla yaxın bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. 

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlament rəhbərlərini qəbul edərkən deyib ki,  Ermənistan Konstitusiyasını dəyişdirmədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması mümkün deyil. 
 
Daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan mətbuata bildirib ki, Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır.  

İyunun  4- də Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi  ilə bağlı təkliflər aldığını deyib.
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib.  

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 

 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN: Bakıda AQEM-in VII Zirvə Görüşü regional əməkdaşlıq üçün mühüm mərhələdir
Siyasət 00:01
XİN: Bakıda AQEM-in VII Zirvə Görüşü regional əməkdaşlıq üçün mühüm mərhələdir
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:43
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Siyasət 18:19
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Fidan: Türkiyənin Qara dənizlə bağlı təklifini Rusiya və Ukraynaya çatdırmışıq
Siyasət 16:40
Fidan: Türkiyənin Qara dənizlə bağlı təklifini Rusiya və Ukraynaya çatdırmışıq
Hindistan və Pakistan AQEM sammitində Kəşmir məsələsi üzrə mübahisə ediblər
Siyasət 16:01
Hindistan və Pakistan AQEM sammitində Kəşmir məsələsi üzrə mübahisə ediblər
Qəribabadi: ABŞ və İsrail diplomatik danışıqlar zamanı İrana hücum edib
Siyasət 15:31
Qəribabadi: ABŞ və İsrail diplomatik danışıqlar zamanı İrana hücum edib
Fələstin AQEM üzvlərini BMT qətnamələrinin icrasına çağırıb
Siyasət 15:18
Fələstin AQEM üzvlərini BMT qətnamələrinin icrasına çağırıb
Türkiyə AQEM-in beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir
Siyasət 14:48
Türkiyə AQEM-in beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir
Rusiya AQEM çərçivəsində informasiya-kommunikasiya texnologiyalarına dair strategiya hazırlayıb
Siyasət 14:37
Rusiya AQEM çərçivəsində informasiya-kommunikasiya texnologiyalarına dair strategiya hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol