• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflər aldığını bildirir

Ermənistan  sülh müqaviləsi ilə bağlı təkliflər aldığını bildirir
28.11.2022 18:11
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb, Armenpress agentliyi xəbər verir.

"Biz Azərbaycana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflərimizi və ya sülh müqaviləsi layihəsini təqdim etdik və yalnız bir gün əvvəl onların cavablarını aldıq”, - Mirzoyan bildirib.

O qeyd edib ki, müzakirələr davam edir və Ermənistan ən qısa zamanda konsensusa nail olmağa ümid edir.
 
Ermənistan XİN rəhbəri qeyd edib ki, beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər.

Mirzoyan həmçinin bəyan edib ki, İrəvan danışıqların davam etdirilməsi ilə bağlı razılaşmalara sadiqdir. O qeyd edib ki, oktyabrın əvvəlində Praqada keçirilən danışıqlarda Azərbaycan tərəfi ilə növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Təkliflər noyabrın 7-də iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə təqdim edilib. Noyabrın 25-də Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bəyan edib ki, İrəvan hələ də Bakıdan cavab almayıb.
 
Mirzoyan onu da vurğulayıb ki, Ermənistan üçtərəfli sazişlər və beynəlxalq hüquq çərçivəsində belə öhdəliklərin olmamasına baxmayaraq, əlində olan bütün mina sahələrinin xəritələrini birtərəfli qaydada Azərbaycana verib və bu xəritələrin deşifrə edilməsinə köməklik göstərməyə hazır olduğunu bildirib.
 
Rəsmi Bakı bu xəbərə hələ münasibət bildirməyib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol