Ermənistan Təhlükəsizlik Şurası iclas keçirib

12:42 | 22.09.2023
Ermənistan Təhlükəsizlik Şurası iclas keçirib

Ermənistan Təhlükəsizlik Şurası iclas keçirib

Ermənistanda baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər verib. 

İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan, Milli Assambleyanın sədri Alen Simonyan, baş nazirin aparat rəhbəri Arayik Arutyunyan və digər rəsmi şəxslər də iştirak ediblər.

Görüş zamanı Qarabağ ətrafındakı vəziyyət və ondan çıxmaq üçün gələcək addımlar müzakirə olunub.
 
Ermənistanda bir neçə gündür baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsinə görə etiraz aksiyaları keçirilir. Paşinyan hökumətin İrəvan küçələrində nümayişçilərə qarşı sərt davranacağını bildirib. 
 
Baş nazir hakimiyyətdən getməyəcəyini açıqlayıb. 
 
Gülnar 
 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM