Ermənistan Türkiyə ilə sərhədlərinin açılması üçün Ankaradan cavab gözləyir

12:44 | 26.07.2024
Ermənistan Türkiyə ilə sərhədlərinin açılması üçün Ankaradan cavab gözləyir

Ermənistan Türkiyə ilə sərhədlərinin açılması üçün Ankaradan cavab gözləyir

Ermənistan Respublikası Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir. Bu barədə Ermənistanın Xarici İşlər Naziriyi məlumat yayıb. 

ER Xarici İşlər Nazirliyi izah edib ki, Yerevan Ankaradan eyni öhdəlik və istək, o cümlədən üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılmasını gözləyir.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanması, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində davamlı səylər göstərir. 
 
İyulun 2-də Türkiyə Ermənistan nümayəndələri ilə görüşdən imtina edib və bunun səbəbi ilə bağlı heç bir açıqlama verilməyib. 
 
Bundan əvvəl Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə quru sərhədlərin açılmasına ümid edir.
 
Türkiyə-Ermənistan srhədlərinin açılmasınn mümkünlüyünü Türkiyə prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından  sonra bildirib. 


1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb.  Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi olub. 

2023-cü il yalvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. 

Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.
 
Gülnar Nazimqızı





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM