Ermənistanın Milli Statistika Xidməti oktyabr ayının 1-i üçün ölkə əhalisinin sayının 3 milyon 4 min nəfər olduğunu bildirib.
Modern.az xəbər verir ki, son 9 ayda ölkə əhalisinin sayı 6,6 min nəfər azalıb. Statistik hesabata görə bu ilin 9 ayında Ermənistanda doğulan körpələrin sayı ötən illə müqayisədə 2,5 faiz azalaraq 30666 nəfər təşkil edib.
Göstərilən müddətdə Ermənistana 2 milyon 4 min 903 nəfər daxil olduğu halda, ölkəni tərk edənlərin sayı 2 milyon 96 min 327 nəfər təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !