Ermənistan Ukraynanın parçalanmasının tərəfdarıdır – VİDEO

18:02 | 09.05.2014
Ermənistan Ukraynanın parçalanmasının tərəfdarıdır – VİDEO

Ermənistan Ukraynanın parçalanmasının tərəfdarıdır – VİDEO

“Orada yarım milyondan çox erməni yaşayır”.

Ermənistan çox dəqiq şəkildə bəyan edib ki, Krımda referendumun keçirilməsi xalqın öz iradəsini azad şəkildə bəyan edərək müqəddəratını həlletmə nümunəsidir.

Oxu.Az lratvakan.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan may ayının 8-də Moskvada keçirilən Rusiya, Belarusiya, Qırğızıstan və Tacikistan prezidentlərinin qeyri-rəsmi görüşündə deyib.   

“Bununla yanaşı biz Ukraynada zorakılığın artmasından narahatıq, o cümlədən Odessa, Slavyansk, Kramatorsk və digər regionlarda. Bu vəziyyət bizi narahat etməyə bilməz, çünki orada yarım milyon erməni yaşayır.

Çox böyük təəssüf hissi ilə qeyd edirik ki, bu hadisələr insan ölümünə səbəb olub. Böhran sülh yolu ilə, geniş dialoq, ilk olaraq da cəmiyyətdə, eləcə də BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan danışıqlar, eləcə də aprel ayının 17-də Cenevrədə əldə edilmiş sazişlər əsasında həll olunmalıdır.

Ümid edirəm ki, Vladimir Vladimiroviç, bu qeyri-rəsmi şəraitdə siz bizi Ukraynadakı vəziyyət barədə öz fikirləriniz ilə tanış edəcəksiniz. Vəziyyətin təhlili beynəlxalq hüquq normalarının, xalqın öz müqəddəratını həlletmə hüququnun güc tətbiq etməyi, dialoqlara qarşı qoymaq faciəvi nəticələrə gətirib çıxarır”, - Serj Sarkisyan görüş üçün hazırlanmış bəyanatı oxuyub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM