Ermənistan və Amerika birgə təlimlərə başlayıb

16:42 | 11.09.2023
Ermənistan və Amerika birgə təlimlərə başlayıb

Ermənistan və Amerika birgə təlimlərə başlayıb

Sentyabrın 11-də ABŞ və Ermənistan  "Eagle Partner 2023” təlimlərə başlayıb. Bu barədə AFP agentliyinə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının nümayəndəsi məlumat verib.

Təlimlərə 85 amerikalı və 175 erməni hərbçi qatılıb. 

Sentyabrın 7-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ və Ermənistan arasında birgə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə və Bakı ilə İrəvan arasında qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verməyəcək.  

 
Sentyabrın 6-da məlum olub ki, ABŞ və Ermənistan birgə "EAGLE PARTNER 2023" hərbi təlimləri keçirəcək. Tədbir 11-20 sentyabr tarixlərində Zar mərkəzində Ermənistan ərazisində beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində baş tutacaq.

Sentyabrın 2-də axşam İtaliyanın "La Repubblica” qəzeti Paşinyanın müsahibəsini dərc edib. Orada o, Rusiyanın özünün tədricən Cənubi Qafqazdan çəkildiyini bəyan edib.
 

Gülnar 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb