Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir - Qriqoryan

16:02 | 21.02.2024
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir - Qriqoryan

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir - Qriqoryan

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri və baş nazir müavinləri görüşə bilərlər. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. 

Görüşün vaxtı və yeri hələ dəqiqləşdirilməyib.
 
Qriqoryan həmçinin sülh müqaviləsi ilə bağlı Azərbaycandan yeni təkliflər aldığını açıqlayıb. 

Qriqoryan qeyd edib ki, Ermənistan sülh müqaviləsinin Azərbaycan variantını alıb və bu, yanvarın 4-dəki təklifə cavabdır.

"Biz işimizi davam etdiririk, düşünürəm ki, xarici işlər nazirləri görüşəndə ​​sülh müqaviləsini müzakirə edəcəklər”, - o bildirib. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında artıq bir necə aydır de-fakto sülh yaranıb. Həmçinin xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla 2024-cü il sülh müqaviləsi imzalana bilər. 
 
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçətərfli bəyanata əsasən dayandırılıb. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal antirerror əməliyyatları keçirib. Bundan sonra Qarabağda olan bütün ərazilərə nəzarətin bərpası Azərbaycan tərəfinə keçib. 
 
Gülnar Nazimqızı 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM