Ermənistan çıxılmaz vəziyyətdə - "Bu, Qarabağ üçün intihardır"

15:04 | 03.09.2014
Ermənistan çıxılmaz vəziyyətdə - "Bu, Qarabağ üçün intihardır"

Ermənistan çıxılmaz vəziyyətdə - "Bu, Qarabağ üçün intihardır"

Ermənistan hakimiyyəti rəsmi Moskva qarşısında çıxılmaz vəziyyətə düşüb

Ermənistan hökuməti Dağlıq Qarabağla Ermənistan arasında Gömrük İttifaqının keçid məntəqələrinin qoyulmasına imkan verməyəcək. 

ANS PRESS-in məlumatına görə, bu sözləri erməni deputat Aleksandr Arzumanyan bildirib. "Ermənistanla Qarabağ arasında gömrük postlarının qurulması Qarabağ üçün intihara bərabərdir. Bizin hökumət buna imkan verməyəcək. Ancaq biz addım atmalıyıq ki, müttəfiqlərimizi həyəcanlandırmayaq", - deyə erməni deputat bildirib. 

Xatırladaq ki, 29 mayda Astana şəhərində Avropa İqtisadi İttifaqının toplantısı keçirilən zaman Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu oxumuşdu. Məktubda Ermənistanın beynəlxalq aləmdə qəbul olunmuş sərhədlərlə Gömrük İttifaqına qəbul olunmasının vacibliyi vurğulanırdı. Bundan sonra açıqlama verən Serj Sarkisyan Ermənistanın Dağlıq Qarabağsız Gömrük İttifaqına qoşulacağını bildirmişdi. Göründüyü kimi vəziyyət getdikcə ciddiləşir. Həm Ermənistan hakimiyyətində təmsil olunmuş şəxslər, həm də müxalifət nümayəndələri Serj Sarkisyanın böyük səhvə yol verdiyinə dair bəyanat verirlər. Ermənistan mətbuatında Sarkisyanın Putinin yanında etimadının itirdiyinə dair xəbərlər də yayılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb