Ermənistan yenidən KTMT-dan çıxa bilər mesajını verib

12:55 | 09.09.2024
Ermənistan yenidən KTMT-dan çıxa bilər mesajını verib

Ermənistan yenidən KTMT-dan çıxa bilər mesajını verib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər. Bu barədə ölkə parlamentin spikeri Alen Simonyan brifinqdə bildirib.
 
 "Heç nəyi istisna etmək olmaz”, - o bildirib. 
 
Sentyabrın 4-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zaxarova deyib ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın KTMT-dan çıxması ilə bağlı yaydığı bəyanatların əsaslandırmasını istəyir. 
 
Bundan əvvəl Ermənistan KTMT-nın təlimlərində iştirak etməkdən imtina edib. 
 
Ermənistanın baş naziri açıqlama verib ki, Ermənistan KTMT-dan çıxacaq,sadəcə bunun zamanı bəlli deyil.

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib ki, Ermənistanın KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək. 
 
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) "Ermənistanın suveren ərazilərini işğal etdiyi” barədə siyasi bəyanət gözlədiyi ilə bağlı açıqlama verib. 


Bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir” sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.
 
Hazırda Ermənistan KTMT-dakı fəaliyyətini dondurduğunu açıqlayıb. 
 
Gülnar 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM