Ermənistan kommunikasiyaların açılması ilə yanaşı, bərabərlik və suverenliyə riayət olunmaq şərti ilə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır.Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada MDB-yə üzv ölkələrin rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.
"Bu kontekstdə vurğulayıram ki, Ermənistan malların, nəqliyyat vasitələrinin və insanların öz ərazisindən keçməsinin təhlükəsizliyini tam təmin etməyə hazırdır. Bu, bizim istəyimizdir, öhdəliyimizdir və biz buna zəmanət veririk”, - Paşinyan bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !