Ermənistanda 108 nəfər Qərbi Nil virusuna yoluxub

14:37 | 05.09.2024
Ermənistanda 108 nəfər Qərbi Nil virusuna yoluxub

Ermənistanda 108 nəfər Qərbi Nil virusuna yoluxub

Ermənistanda 108 nəfər Qərbi Nil virusuna yoluxub. Bu barədə ölkənin mətbuatı Səhiyyə Nazirliyinə istinadla yazıb. 
 
Nazir bildirib ki, qeydə alınan rəqəmlər təbii ki, narahatlıq doğurur, lakin simptomlar 20 faiz, əsasən də yaşlı insanlarda müşahidə olunur. O, həmçinin qeyd edib ki, virus insandan insana keçmir, yalnız ağcaqanadlar vasitəsilə ötürülür.
 
Qərbi Nil virusu (QNV) ilk dəfə 1999-cu ildə ABŞ-da aşkarlanıb.Virusa yoluxanlar adətən heç bir simptom və ya yüngül simptomlar olmur. Semptomlara atəş, baş ağrısı, bədən ağrıları, dəri döküntüsü və şişkin limfa vəziləri daxildir. Onlar bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər və adətən öz-özünə yox olurlar.
 
Qərbi Nil virusu beyinə daxil olarsa, bu, həyat üçün təhlükə yarada bilər. Beyində iltihaba səbəb ola bilər.

Yaşlı insanlar və immun sistemi zəif olanlar risk altındadır. İnsan WNV xəstəliyi üçün xüsusi peyvəndlər və ya müalicə üsulları yoxdur. 
 
Aytac 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür