Ermənistanda 40 min adam çörək yeməyi dayandırıb

01:27 | 05.02.2014
Ermənistanda 40 min adam çörək yeməyi dayandırıb

Ermənistanda 40 min adam çörək yeməyi dayandırıb

2013-cü ildə Ermənistanda 40 min adam çörək yeməyi dayandırıb. Trend-in News.am-a istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" partiyasından olan deputatı, İqtisadiyyat komissiyasının sədr müavini Mikel Melkumyan bildirib.

O, qeyd edib ki, belə bir qənaətə 2013-cü ilin yanvar-dekabr aylarının statistik məlumatları əsasında gəlmək olar. Həmçinin Ermənistanda çörək istehsalı 2012-ci illə müqayisədə 3,9 min ton azalıb (296,8-dən 292,9 minədək): "Əgər əsas kimi orta hesabla çörəkdən istifadəni sutkada 300-330 qram götürsək, onda belə çıxır ki, Ermənistan əhalisi 40 min nəfər azalıb".

M.Melkumyan həmçinin deyib ki, statistik məlumatlar Ermənistan sənayesində iqtisadi konsentrasiyadan xəbər verir: kiçik müəssisələrdə iş yerləri azalır: "Belə ki, 2013-cü ildə kiçik biznesdə 1000 iş yeri itirmişik. 2000 iri sənaye müəssisəsindən 116-sı bütün istehsalın 80 faizini verir".

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM