Ermənistanda aksiya zamanı partiya sədri saxlanılıb

09:54 | 22.09.2023
Ermənistanda aksiya zamanı partiya sədri saxlanılıb

Ermənistanda aksiya zamanı partiya sədri saxlanılıb

Ermənistanda aksiya zamanı  polis "Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyanı saxlayıb. Bu barədə "Sputnik Armenia”ya məlumat yayıb.

Bildirilir ki, o bir qrup fəalla Saryan küçəsində maşınların hərəkətinə mane yaradıb.

Həmçinin Ermənistan məktəblərinin bir qrup şagirdi dərsi tərk edərək aksiyaya qoşulub.

Vətəndaş itaətsizliyi aksiyaları səhər tezdən başlayıb. Fəallar bir neçə küçəni bağlayıblar.
 
Bundan əvvəl İrəvanın Respublika meydanında çoxsaylı polis əməkdaşları yerləşdirilib və onlar hökumət binasının qarşısında canlı divar yaradıblar.

Toplananlar hökumət əleyhinə şüarlar səsləndirir, ölkə rəhbərliyini və şəxsən baş nazir Nikol Paşinyanı onların siyasətinin Qarabağda hazırkı vəziyyətə gətirib çıxarmaqda günahlandırırlar.

"Dağlıq Qarabağda yüz mindən çox Ermənistan vətəndaşı var. Siz onları qorumalısınız, kənardan baxmayın", - etirazçılardan biri deyib.


 
Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti