Ermənistanda ara yenidən qarışdı - FOTO + VİDEO

12:42 | 02.09.2015
Ermənistanda ara yenidən qarışdı - FOTO + VİDEO

Ermənistanda ara yenidən qarışdı - FOTO + VİDEO

Saxlanılanlar var.

Ermənistanın paytaxtı İrəvanın mərkəzindəki Marşal Baqramyan prospektində "Soyğunçuluğa yox” hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirib.

Oxu.Az-ın erməni KİV-ə istinadən məlumatına götə, 200 nəfərə yaxın etirazçılar prezident sarayı qarşısında toplaşaraq dövlət başçısı Serj Sarkisyan ilə görüşün keçirilməsini tələb ediblər.
 
Məlumata görə, etirazçılar prezident sarayına yaxınlaşmağa cəhd etdikdə polis əməkdaşları icazəsiz aksiyanı  dağıtmağa çalışıb, nəticədə qarşıdurma baş verib. 

Toqquşmalar zamanı bir neçə etirazçı xəsarət alıb. Qarşıdurma zamanı daha bir neçə etirazçının saxlanıldığı bildirilir.
 














 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti