Ermənistanda bir gündə 2 mindən çox insanda COVID-19 aşkarlandı

10:59 | 22.10.2020
Ermənistanda bir gündə 2 mindən çox insanda COVID-19 aşkarlandı

Ermənistanda bir gündə 2 mindən çox insanda COVID-19 aşkarlandı

Ermənistanda daha 2 297 nəfərdə koronavirus aşkarlanıb.

Anews.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 70 836-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 131-ə çatıb. İndiyədək 49 787 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 19 591 aktiv koronavirus xəstəsi var.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM