Ermənistanda bir günə 515 nəfər yoluxdu

21:00 | 03.06.2020
Ermənistanda bir günə 515 nəfər yoluxdu

Ermənistanda bir günə 515 nəfər yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 515 nəfər artaraq 10 524-ə çatıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 12 nəfər artaraq 170-ə çatıb. Ümumilikdə 3454 pasiyent müalicə olunaraq sağalıb.

6841 xəstənin müalicəsi davam etdirilir, 61 650  insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb