Ermənistan ordusunun hərbçisi, 1978-ci il təvəllüdlü çavuş Mkrtiç Ovakimyanın ölümü ilə bağlı onun əsgər yoldaşı saxlanılıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Hadisə sentyabrın 13-də, saat 22 radələrində ölkənin cənub-şərqindəki hərbi hissədə baş verib. M.Ovakimyan odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. O, sonradan vəfat edib.
Onların əsgər yoldaşı bir hərbçinin ölümcül yaralanması və başqasının xəsarət alması faktı üzrə saxlanılıb. Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə (döyüş növbəsi və ya döyüş xidmətinin icrası qaydaların pozulması) üzrə cinayət işi qaldırılıb. İbtidai istintaq davam edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !