Ermənistanda da biznesi olan azərbaycanlı

18:33 | 07.09.2017
Ermənistanda da biznesi olan azərbaycanlı

Ermənistanda da biznesi olan azərbaycanlı

Rusiyadanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Baltqaz” şirkətlər qrupu müflis olur. Virtualaz.org xəbər verir ki, bu şirkətlər qrupunun sahibi Peterburqda tanınmış adam olan azərbaycanlı Mülkədar Vəliyevdir.

Mülkədar Vəliyev 2010-cu ilə qədər "AzərRos”un Sankt-Peterburq şöbəsinə rəhbərlik edib, diasor fəaliyyəti ilə məşğul olub. 2011-ci ilə qədər "Qazprom” şirkətinin maşınqayırma ilə məşğul olan törəmə şirkətinə başçılıq edib, paralel olaraq özünün "Baltik qaz şirkəti”ni qurub. 2014-cü ildə bu şirkətin dövriyyəsi 1.9 milyard rubla çatmışdı və Mülkədar öz biznesinin sayəsində pis yaşamırdı. O, varlıların yaşadığı Sestroreçsk rayonunda özünə malikanə tikdirib, keçmiş müdafiə naziri Anatoli Serdyukovun qohumları ilə qonşudur. Habelə hakim "Vahid Rusiya” partiyasının Kurort rayonu üzrə icraiyyə komitəsinin rəhbəridir.

Lakin Mülkədarın işləri son vaxtlar yaxşı getmir. Ona yaxın olan hüquqi şəxslərin hamısı müflisləşmə həddindədir. Bildirilir ki, Mülkədarın kürəyinə bıçaq saplayanlar elə onun tanışları, qohumları və həmkarlarıdır.
Şikətin rəsmi saytında göstərilir ki, "Baltqaz” Sankt-Peterburq da daxil olmaqla bir neçə şəhərdə qaz avadanlıqlarının satışı üzrə 8 mağazaya malikdir. Qaz avadanlıqlarını isə şirkətlər qrupunun Armavirdəki qaz aparatları zavodu və "Qazaparat” müəssisəsi istehsal edir. Şirkətlər qrupu habelə Rusiya boyu obyektlərin qazlaşdırılıb təhvil verilməsi barədə sifarişlərlə işləyir. Habelə "Baltqaz” qaz paylayıcı sistemlərə xidmət göstərir, bu məqsədlə Rusiyanın hər yerində, habelə Belarus, Qazaxıstan və Ermənistanda ixtisaslaşmış servis mərkəzləri yaradıb. 2016-cı ildə "Baltqaz”ın satışdan hasilatı 868 milyon rubl, təmiz gəliri 3.8 milyon rubl olub.

Lakin ötən ay avqustun 16-da Sankt-Peterburq Arbitraj məhkəməsi "Baltik qaz şirkəti” MMC-nin müflis elan edilməsinə dair işə baxmağa başlayıb. İddiaçı şirkətə 257 milyon rubl kredit verən "Promsvyazbank”dır. Habelə "Sberbank”da Mülkədar Vəliyevin şirkətlərinin müflis elan edilməsi üçün iddia qaldırmağa hazırlaşır.

Ötən ilin dekabrında isə şirkətin keçmiş əməkdaşı Qriqori Zaxarov "Baltqaz” qrupuna daxil olan "Qazaparat” müəssisəsinin müflis elan edilməsi üçün iddia qaldırmışdı. Bu iddia üzrə məhkəmə baxışı yaxın günlərdə olacaq.

Mülkədar Vəliyevin daha bir əməkdaşı Dmitri Rbenkov isə bu il yanvarın 16-da onun şirkətlər qrupunun daha bir müəssisəsi "Qazkomplektservis” MMC-nin müflis elan edilməsi üçün iddia qaldırıb. İşə bu günlərdə baxılmalıdır.

Habelə Vəliyevlə qohumluq əlaqəsi olan hansısa Vadim Ryabiçkov da "Baltqaz”ın müflis elan edilməsini tələb edir. "Promsvyazbank”dan Vəliyevin şirkətinə kredit ayıran əməkdaş isə sonradan müəmmalı şəkildə "Baltqaz”da işə keçib. Bu məsələyə şirkətin direktoru Fəxrəddin İsmayılovdan şərh almaq mümkün olmayıb. "Vahid Rusiya” partiyasının Kurort rayonu üzrə icraiyyə komitəsindən isə deyiblər ki, Mülkədar Vəliyev özü hazırda Montenegroda balıq tutur və onunla əlaqə yaratmaq mümkün deyil.

Yerli azərbaycanlı diasporunda da Mülkədar Vəliyevlə bağlı danışmaq istəməyiblər. Milyarder, Peterburqdakı azərbaycanlı diasporunun lideri Vaqif Məmişovun mətbuat katibi deyib ki, Mülkədar Vəliyev neçə ildir diaspor işindən ayrılıb və onunla əlaqələri yoxdur. "O, neçə ildir bizim diaspora heç bir kömək etmir. Diasporun fəaliyyətində iştirak etmir. Biz bilmirik o, nə işlə məşğuldur və biznesi nədən ibarətdir”-mətbuat katibi deyib.

Peterburq mənbələri bildirir ki, Mülkədar Vəliyev özünün superkarlardan ibarət kolleksiyası ilə də məşhurdur. Onun kolleksiyasında xüsusi yığılmış "Range Rover", BMW, Rolls-Roys, Porsche, Mercedes Gelandewagen kimi avtomobillər var. Və avtomobillərin hamısının nömrə nişanları "o090oo"-dur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM