Ermənistanda deputatlar arasında dava olub

12:52 | 31.03.2023
Ermənistanda deputatlar arasında dava olub

Ermənistanda deputatlar arasında dava olub

Ermənistanda Milli Məclisdə deputatlar arasında dava düşüb. Bu barədə Ermənistanın "NEWS.am” saytına "Ermənistan” parlament fraksiyasından məlumat verilib.
 
İnsident müxalif deputat Artsvik Minasyan və iqtidar təmsilçisi komitə rəhbəri Vladimir Vardanyan arasında yaşanıb.

Parlamentin başlamasına az qalmış hüquq-mühafizə orqanlarının əməkdaşları "Ermənistan” ("Hayastan”) fraksiyasının deputatı Artsvik Minasyan uzaqlaşdırıblar.

Hadisə zamanı parlamentin sədri Alen Simonyan orada olub, kabinetdən qışqırıq və hay-küy səsləri eşidilib.

Sədr jurnalistləri parlametdən çıxarmaq əmrini verib.
 
Erməni mediasının məlumatına görə, dava zamanı Vladimir Vardanyan xəsarət alıb. Şahidlərin sözlərinə görə, üz nahiyəsi qan içində olan Vardanyan xəstəxanaya aparılıb. 

Ermənistan parlamenti 107 deputatdan ibarətdir. 71 deputat hakim "Vətəndaş müqaviləsi” fraksiyasının təmsilçisidir. Müxalifət olan "Ermənistan” fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. Onun başçısı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır. Başqa bir müxalif fraksiya isə "Şərəf duyuram” adlanır. Ona Ermənistanın keçmiş milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanesyan rəhbərlik edir. Hər iki fraksiyanı Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan dəstəkləyir.
 
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb