Ermənistanda deputatlara Rusiyadan danışmaq qadağan olunur

13:00 | 31.07.2021
Ermənistanda deputatlara Rusiyadan danışmaq qadağan olunur

Ermənistanda deputatlara Rusiyadan danışmaq qadağan olunur

Ermənistanda hakim partiyanın millət vəkillərinə Rusiyaya qarşı bəyanatlar verməkdən çəkinmək tapşırılıb.


Anews.az xəbər verir ki, bu haqda "Hraparak” qəzeti yazır. Məlumata görə, həmçinin bu millət vəkillərinə Rusiya-Ermənistan əlaqələrinin daxili məsələləri barədə danışmamaq barədə göstərişlər verilib. 


Bu hüquqa ancaq ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sahibdir. Bildirilir ki, N. Paşinyan demək istədiklərini Rusiyaya "diplomatik yolla çatdırır”.


Adıçəkilən qəzet daha əvvəl yaydığı məlumatda Nikol Paşinyanın xarici siyasətinin kursunu dəyişdiyini, ölkədə vacib vəzifələrə antirusiya mövqeyə sahib şəxsləri təyin etməyə başladığını yazmışdı. Yazıda deyilirdi ki, Paşinyan Vaqarşak Arutyunyan kimi Rusiyaya meyilli şəxsləri vəzifədən uzaqlaşdıraraq onların yerinə Qərb mərkəzləri tərəfindən idarə olunan, həmçinin düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli şəxsləri təyin edir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb