Ermənistan hökuməti COVİD-19 koronavirusunun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, fövqəladə vəziyyət rejiminə Baş nazirin müavini Tiqran Avinyanın başçılıq etdiyi komitə nəzarət edəcək.
Hökumətdən bildiriblər ki, Ermənistanda 20-dən çox insanın iştirakı ilə mitinq, tətil, ictimai tədbirlərin təşkili və keçirilməsi qadağandır. Dini mərasimlər, konsertlər, sərgilər ləğv edilir.
Ermənistanda fövqəladə vəziyyət dövründə dövlət və özəl təhsil müəssisələrində dərslərə son verilir.
Fövqəladə vəziyyət rejimi martın 16-da İrəvan vaxtı ilə 18:30-dan qüvvəyə minəcək və 14 apreldə 17:00-a qədər davam edəcək.
Baş Nazir Nikol Paşinyan isə bildirib ki, aprel ayının 5-nə təyin olunan referendum təxirə salınacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !