Ermənistanda gələn ilin yanvar ayına qədər karantin rejimi tətbiq ediləcək

17:10 | 11.09.2020
Ermənistanda gələn ilin yanvar ayına qədər karantin rejimi tətbiq ediləcək

Ermənistanda gələn ilin yanvar ayına qədər karantin rejimi tətbiq ediləcək

Ermənistan hökuməti fövqəladə vəziyyət rejiminin müddətinin bitməsindən sonra ölkədə karantin rejimi tətbiq edilməsi barədə qərar qəbul edib.

Anews.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanda karantin 11 yanvar 2021-ci il tarixinədək tətbiq ediləcək.

 Ermənistanda mart ayından bəri fövqəladə vəziyyət rejimi qüvvədədir.

Ən son məlumatlara görə, Ermənistanda 45 503 koronavirusa yoluxma halı aşkar edilib, 909 nəfər COVID-19-dan ölüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM