Ermənistanda 15 hərbçinin ölümünə səbəb yanğın təhlükəsizliyini qaydalarına düzgün əməl edilməməsindən baş verib. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan keçirilən mətbuat konfrasında məlumat verib.
"Yanğın
yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verib. Qadağan
olunmuş vasitədən - motor benzinindən istifadə edilib, nəticədə yanğını söndürmək
mümkün olmayıb”, - Papikyan bildirib.
İstintaq Komitəsinin rəhbəri Arqişti
Kyaramyan təsdiqləyib ki, yanğına səbəb benzin olub - ilkin versiyaya görə,
onlar istilik sobasını benzinlə yandırmağa cəhd ediblər. Onun sözlərinə görə,
faktla bağlı Cinayət Məcəlləsinin 4-cü hissəsi ilə cinayət işi başlanıb.
Baş nazir Nikol Paşinyan xatırladıb ki,
2022-ci il dekabrın 21-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərbi hissələrdə
yanğınların qarşısının alınması tədbirləri haqqında protokol imzalayıb, bu
protokol xüsusilə yanar materiallardan istifadəni qəti qadağan edib.
Hadisə ilə bağlı müdafiə naziri yüksək rütbəli
zabitlərin işdən çıxarılmasını təsdiqləyib.
Səhiyyə Nazirliyinin rəhbəri
Anahit Avanesyan bildirib ki, yanğın qurbanlarından üçü Milli Yanıq Mərkəzində,
ikisi isə reanimasiya şöbəsindədir.
Yanvarın 19-na keçən gecə ER Müdafiə
Nazirliyinin Geqarkunik rayonunun Azad kəndi ərazisində yerləşən N saylı hərbi
hissəsinin mühəndis-istehkamçı rotasının kazarmasında baş vermiş yanğın nəticəsində
15 əsgər həlak olub, üç nəfərin vəziyyəti ağırdır. Yanvarın 19-da Ermənistan
Respublikasının Prezidenti ikinci ordu korpusunun komandiri Vahram Qriqoryanın
vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !