AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ittihama əsasən, hərbi qulluqçu Paryur Hakopyan 2016-cı ilin martın 11-dən 12-ə keçən gecə əsgər Qevorq Asoyanın üz nahiyəsinə zərbələr endirib. Nəticədə sonuncunun sol gözü ciddi zədə alıb.
Həmin hərbi hissədə xidmət edən digər müddətli hərbi qulluqçu Mher Melikyan isə davamlı olaraq əsgər Qevorq Asoyanın şərəf və ləyaqətini alçaldıb.
Yatdığı vəziyyətdə Qevorq Asoyana qarşı alçaldıcı hərəkətlər edən Melikyan sonuncu dəfə ondan bacısının mobil telefon nömrəsini verməyi tələb edib. Ancaq əsgər ona başqa şəxsin nömrəsini verib. Bundan qəzəblənən Melikyan əsgər Asoyanı zorlayıb.
Asoyan 1 aprel 2016-cı il tarixində döyüş mövqeyində ona təhkim edilmiş pulemyot silahı ilə ağız nahiyəsindən atəş açmaqla intihar edib.
Baş verən əsgər ölümünə görə Paryur Hakopyanın 2 il, Mher Melikyanın isə 3 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !