Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

11:09 | 15.10.2020
Ermənistanda daha 1 371 nəfərdə koronavirus aşkarlanıb.

Anews.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 59 995-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 1 039-a çatıb. İndiyədək 46 119 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 11 519 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, ötən gün Ermənistanda 1 058 yoluxma, 7 ölüm faktı qeydə alınmışdı.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti