"CM-in 35-225-ci maddələri üzrə cinayət işi qaldırılıb”.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti və İstintaq komitəsi aprelin 24-də - ölkədə qondarma "erməni soyqırımının” anıldığı gündə kütləvi iğtişaşların törədilməsi cəhdinin qarşısını alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildiriblər.
Məlumata görə, cinayətkar qrup həmin gün zorakılıq və güc üsullarından istifadə etməklə polisə müqavimət göstərməyə çağırırmış.
"Ermənistan Cinayət Məcəlləsinin 35-225-ci maddələri (cinayətə hazırlıq) üzrə cinayət işi qaldırılıb. Təhlükəsizlik Xidmətinin əməkdaşları təcili istintaq və əməliyyat-axtarış tədbirləri keçirirlər”, - deyə, "İnterfaks” İstintaq Komitəsinin məlumatından sitat gətirir.
Bundan əvvəl məlum olub ki, müxalif "Təsisçi parlament” vətəndaş təşəbbüsü "rejimsiz 100 il” hərəkatına start verib. Təşkilat üzvləri hazırkı hakimiyyətə qarşı aktiv, o cümlədən zorakı hərəkətlərə çağırış ediblər.
Bu gün səhər "Təsisçi parlament”in nümayəndəsi Pavel Manukyanın saxlanıldığı bildirilir. Təşəbbüsün digər üzvləri – Jirayr Sefilyan, Varujan Avetisyan və Karo Yeqnukyanın evində axtarışlar aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !