Ermənistan prezidenti Serj Sarkisyan ordu rəhbərliyində bir sıra kadr dəyişiklikləri həyata keçirib.
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan vəzifədən azad edilib.
S. Sarkisyanın digər fərmanı ilə rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Miradyan vəzifədən çıxarılıb.
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan da işdən uzaqlaşdırılıb.
Adı çəkilənlərin yerinə yeni təyinatlar barədə hələlik məlumat yoxdur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !