Ermənistanın Şirak vilayətinin Dzitankov kəndinin 28 sakini içməli sudan mədə-bağırsaq infekiyasına yoluxub.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu kəndin içra başçı Ovik Poqosyan bildirib.
Onun sözlərinə görə, infekisya kənddəki içməli su sistemindən yayılıb: "İnfeksiya qonşu kəndlərdə, o cümlədən Araqatsyutun vilayətinin yaşayış məntəqələrində və digər yerlərdə də yayılıb".
Ölkənin Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, laboratoriyada aparılan analizlərin nəticələrinə görə Araqatsyutun vilayətininin bir neçə yaşayış məntəqəsində, o cümlədən Dzitankov kəndinin sakinləri arasında dizenteriya aşkalanıb.
Nazirlik baş verən hadisə ilə bağlı "Ermənistan su kanalı" təşkilatına suya nəzarətin artırılması üçün müraciət edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !