Ermənistanda oxumaq da bahalaşdı

18:06 | 08.02.2014
Ermənistanda oxumaq da bahalaşdı

Ermənistanda oxumaq da bahalaşdı

Bəzi nəşriyyatlar maliyyə çətinliyi ilə bağlı olaraq ümumiyyətlə öz işini dayandırıb

İndi Ermənistanda oxumaq daha baha olacaq. Çünki qəzetlərin qiyməti də artırılıb. 

Bu son zamanlar nəşrləri alanların sayının artmasının kəskin azalması ilə bağlıdır. 

Jurnalistlərin hesablamalarına görə, bu gün bütün ölkə ərazisində çap mətbuatını alıcılarının sayı 15-20 mindən çox deyil. Bunun üçündə bir çox nəşriyyatlar tirajlarının sayını azaldıblar, bəziləri isə maliyyə çətinliyi ilə bağlı olaraq ümumiyyətlə öz işini dayandırıb. 

Çap məhsullarının azalmasında elektron mətbuatında rolu böyükdür. Bundan əlavə artıq reklam bazarının da qəzetlərə ehtiyacı yoxdur. 

Bununla yanaşı bir sıra qəzetlərin rəhbərləri belə düşünürlər ki, Ermənistanda iqtisadi böhran zamanı nəşrlərinin qiymətlərinin müntəzəm olaraq artması düzgün siyasət deyil. Onlar öz nəşrlərini köhnə qiymətlərlə satmağa davam edirlər. 

ANS PRESS 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM